Azərbaycan Kikboksinq Federasiyasının (AKF) 2022-ci il üçün son yarışı yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayındakı Respublika Kubokunda ilk olaraq hakimlər və komandalar zala dəvət olunub.
Daha sonra AKF-nin prezidenti Orxan Əliyev çıxış edib. O, 2022-ci ildə Azərbaycanda kikboksinq nəticələrinin daha da yaxşılaşdırılmasından danışıb.
Federasiya rəhbəri bildirib ki, İslamiadada göstərdikləri nəticəyə görə meydan sahibi Türkiyə və Qazaxıstandan sonra 3-cü yeri tutmaları, yeniyetmə və gənclərin dünya, böyüklərin Avropa çempionatında medalların sayının rekord səviyyəyə çatması kikboksinqin Azərbaycanda inkişafda olmasının göstəricisidir.
Ardınca Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev federasiya prezidenti qarşısında məruzə edərək yarışın keçirilməsi üçün heç bir problemin olmadığını söyləyib.
Beləliklə, 10 seçilmiş final döyüşünə start verilib və ilin son yarışının qalibləri müəyyənləşib. Komanda hesabında DİN İC birinci yeri tutub.
Lou kik
51 kq Sübhan Məmmədov ("Ağcabədi Birlik" İK)
57 kq Murad Nuruzadə (DİN İC)
60 kq. Amin Quliyev (DİN İC)
63,5 kq. Qiyas Şahmərdanov (ZV İK)
67 kq. Arzuman Qədimov ("Naxçıvan" İK)
75 kq. Elxan Əliyev ("Samux" İK)
81 kq. Elcan Alkişiyev ("Sərhədçi" İK)
Ful kontakt
60 kq. Əsgər Rəhimov ("Qarabağ" İK)
63,5 kq. Fərid Ağamoğlanov (DİN İC)
81 kq. İlqar Zeynallı (FHN İSM)