Bakıda karate üzrə Premyer Liqa turniri davam edir.

Offsideplus.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 9 idmançısı mübarizəyə qoşulacaq. Kişilərin kumite yarışında 84 kq çəki dərəcəsi üzrə Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayev, 84 kq-da Asiman Qurbanlı ilə Murad Hacızadə tatamiyə çıxacaq.

Qadınlardan isə Ayla Rzazadə (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir 2-4 sentyabr tarixlərində keçiriləcək.