Yunan-Roma güləşçimiz Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 dünya çempionatında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov dünya çempionu olub.