Azərbaycanın iki boksçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında yarımfinala yüksəlib.

Offsideplus.az-ın məlumatına görə,  48 kq çəki dərəcəsində mübarizə aparan Tağı Nəsibov 1/4 finalda Belarus təmsilçisi Vadim Veçerskiyə qalib gəlib. İbrahim Zeynalov (50 kq) eyni raundda Muinxon Mavlonovu (Tacikistan) üstələyib.

Ramal Yolçuyev (46 kq) 1/4 finalda Temirxan Daniarova (Qırğızıstan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanova (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsova (Belarus) məğlub olub.

Qeyd edək ki, yarımfinalda Tağı Nəsibov özbəkistanlı Javohir Kuysinovla, İbrahim Zeynalov isə rusiyalı Artyom Nazarovla qarşılaşacaq.

 

***12:11

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında boks yarışlarının püşkü atılıb. 

Offsideplus.az-ın məlumatına görə, püşkə əsasən yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub. 

Bu gün start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün 1/4 final (ilkin) qarşılaşmaları, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq. 

Oğlanlar
1/4 final mərhələsi

46 kq. Ramal Yolçuyev – Temirxan Daniyarov (Qırğızıstan)
48 kq. Tağı Nəsibov – Vadim Veçerski (Belarus)
50 kq. İbrahim Zeynalov – Muinxon Mavlonov (Tacikistan)
54 kq. Məhəmmədəli Qasımzadə – Farrux Tulaqanov (Özbəkistan)
66 kq. Ziya Həsənov – Vladislav Kuznetsov (Belarus)

Qızlar
1/2 final mərhələsi

48 kq. Aysu İsmayılova – Anita Adişeva (Qazaxıstan)
57 kq. Qızbəs İsgəndər – Rano Muratbayeva (Özbəkistan)
63 kq. Emili Rzayeva – Kristina Qalkina (Rusiya)