Bu gün daha 3 cüdoçumuz Budapeştdə təşkil olunan dünya çempionatında mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov, qadınlardan isə 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva tatami üzərinə çıxıb.
Orxan Səfərov bürünc medal uğrunda yarışda rusiyalı Yaqub Şamilova məğlub olaraq, beşinci yerlə kifayətlənib.
Bu çəkidəki digər cüdoçu Nicat Şıxəlizadə isə startda Lüsian Dumitreskiyə (Rumıniya) uduzub.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Tatyana Levitska - Şukvanidən (Gürcüstan) güclü olsa da, növbəti raundda Astrid Qneto (Fransa) ilə bacarmayıb.
Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.