Qadın güləşçilərdən ibarət millimizin üzvü Tatyana Omelçenko Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 62 kq-dakı idmançı medal uğrunda görüşdə Türkiyə təmsilçisi Elif Yeşilırmakı məğlub edib.

Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) isə müvafiq olaraq Moldova təmsilçiləri Yuliya Leorda və İrina Ringaciyə uduzaraq "bürünc" şansını əldən veriblər.