Çeçenistan rəhbəri, "Axmat" döyüş klubunun prezidenti Ramzan Kadırov koronavirus səbəbi ilə Moskvaya çatdırılıb.

Offsideplus.az xəbər verir ki, o, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin Kadırovun səhhəti pisləşdiyindən həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

 Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Onun vəziyyəti hazırda ağırdır.