Məşhur amerikalı döyüşçü Toni Ferqyuson mütləq döyüş çempionatının (UFC) UFC-249 turniri çərçivəsində həmyerlisi Castin Qetji ilə keçiriləcək görüşdən əvvəl koronavirus testindən keçib.

Offsideplus.az xəbər verir ki, testdən, həmçinin amerikalı döyüşçünün bütün komanda üzvləri də keçiblər. Testin nəticələri daha sonra açıqlanacaq.

Qeyd edək ki, döyüş mayın 10-na keçən gecə ABŞ-ın Florida ştatında baş tutacaq.