Milli paralimpiya komitəsinin kişilərdən ibarət cüdo idman növü üzrə komandası baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi ilə Göygöl olimpiya idman kompleksində təlim-məşq toplantısında iştirak edir.
Offsideplus.az xəbər verir ki, təlim-məşq toplantısı olimpiyaçı cüdoçularla birlikdə keçirilir.
Toplanış aprelin 8-dən 13-nədək Böyük Britaniyada baş tutacaq qran-priyə hazırlıq məqsədi daşıyır.