Qılıncoynatma federasiyasının ilin yekunu bağlı iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, toplantıda federasiyanın vitse-prezidenti Fikrət Zeynalov, baş katib Vasif Məmmədov, icraiyyə komitəsinin üzvləri və qılıncoynatma ailəsinin nümayəndələri iştirak edib.
Vasif Məmmədov cari ili qılıncoynadanlarımız üçün uğurlu adlandırıb.
Vitse-prezident Fikrət Zeynalov isə “Neftçi” idman klubunun yeni qılıncoynatma zalının inşasına başladığını qeyd edib. İclasda gələcək üçün hədəflər müəyyənləşdirilib.