Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib.

Elis 1/4 finalda alman güləşçini də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə dünya və Avropa çempionu ilə qarşılaşan Manolova möhtəşəm güləş sərgiləyib. Titullu rəqibini “tuşe” ilə məğlub edən Elis ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl 2-ci il AÇ-nin finalına yüksəlib. Aprelin 12-də yerli güləşçiylə finalda üz-üzə gələn Manolova hesabda 0:4 geridə olsa da, əzmkarlıq, əsl idmançı xarakteri nümayiş etdirərək möhtəşəm geridönüş edib. Son saniyələrdə icra etdiyi dəqiq fənd nəticəsində dramatik finaldan üzüağ çıxan yığmamızın üzvü ilk dəfə böyüklər arasında Avropa çempionu olub.