İranda davam edən Asiya regionu üzrə G-2 kateqoriyalı "President Cup" beynəlxalq turnirində daha bir qadın taekvondoçumız medal qazanıb.

Offsideplus.az xəbər verir ki, qadınlardan ibarət milli komandanın kapitanı, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova gümüş medal qazanaraq turniri ikinci pillədə başa vurub.