"Lənkəran" heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda amerikalı basketbolçu Andre Boll ilə anlaşıb.

Onunla 1 illik müqavilə imzalanıb. 24 yaşlı Boll buna qədər ölkəsində "Cal State Dominguez Hills" və "Pepperdine  University" klublarında çıxış edib.

Qeyd edək ki, Andre bölgə təmsilçisinin sayca altıncı amerikalı transferidir.