Yeni mövsümə hazırlaşan “Ordu” daha bir basketbolçunun keçidini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Əlibəy Məmmədli növbəti mövsümü debütantda keçirəcək.

Sonuncu klubu “Gəncə” olan gənc basketbolçu Azərbaycanın U-20 yığmasının da formasını geyinir. Boyu 190 sm olan oyunçu ilə 1 illik müqavilə bağlanılıb.