Ulduz voleybolçuların bölgələrdə gənc idmançılarla görüşü davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün səfər çərçivəsində veteran voleybolçular - Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və federasiyasının digər əməkdaşları Gəncə şəhərində olublar.

Ulduz voleybolçularımızın Gəncə Gənclər Evində gənclərlə görüşü təşkil olunub. Səmimi keçən söhbətin ardınca qonaqlar idmançılarla xatirə şəkilləri çədiriblər. Daha sonra gənc idmançılara imzalanmış formalar və voleybol topları hədiyyə olunub.

Qeyd edək ki, ulduz voleybolçularımız sentyabrın 10-da Tovuz rayonunda gənc idmançılarla görüşəcəklər.