Məşhur rusiyalı hokkeyçi Aleksandr Gerasimov dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 61 yaşında vəfat edən Gerasimovun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Aleksandr Gerasimov 1984-cü ildə SSRİ yığmasının heyətində Sarayevo Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O həmçinin MOİK-lə 7 dəfə ölkə çempionu olub.