Bu gün start götürəcək Azərbaycan Çempionatının ikinci matçı 16:00–da “Yüksək” liqada mübarizə aparan “Murov”-“Neftçi” komandaları arasında keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu mövsümdən etibarən qadınlar və kişilərdən ibarət “Lokomotiv” komandası “Murov” adı ilə çempionatda çıxışını davam etdirəcək.
Xatırladaq ki, qadınlardan ibarət “Murov” klubunun baş məşqçisi Vasif Talıbov, kişilərdən ibarət komandanın baş məşqçisi isə Fərid Calalovdur.