Özbəkistanın paytaxtı Daşkənddə qılıncoynatma üzrə Dünya Kubokunun mərhələ yarışı başlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı yarışda Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova təmsil edir.
Yarışın ilk günündə onlardan beşi mübarizəyə qoşulub. Kərimova və Hüseynova ilk döyüşlərində qalib gələrək 1/32 finala yüksəliblər.
Kaspiaroviç, Bolşakova və Bünyatova isə məğlub olublar.
Başta ilk döyüşünü 1/32 finalda keçirəcək.