Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli komandanın məşq prosesini izləyib.

Offsideplus.az xəbər verir ki, məşqçilər ACF rəhbərini mundiala yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumatlandırıb.

Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Dünya çempionatı 6-12 oktyabrda olacaq.