Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov final görüşünə çıxıb. O, qırğızıstanlı Kalidin Asikevlə qarşılaşıb.

Rəqibinə 6:3 hesabıyla qalib gələn Hüseynov qızıl medala sahib çıxıb.