Gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

Offsideplus.az xəbər verir ki, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.

Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri də qeyd olunub.