Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

Offsideplus.az xəbər verir ki, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Xatırladaq ki, Zutova sözügedən turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlmişdi.