Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançıları bu gün 4 növ üzrə mübarizə aparacaqlar.
Offsideplus.az-ın məlumatına görə, koreş növündə 4 idmançı çıxış edəcək. Tayboksda 3 oğlan və 1 qız, stend atıcılığında isə 1 oğlan təmsilçi olacaq.
Bundan başqa basketbolun 3X3 növündə Azərbaycan yığması Rusiya ilə yarımfinalda üz-üzə gələcək. Qalib komanda finala, məğlub tərəf isə 3-cü yer uğrunda görüşə çıxacaq.
I MDB Oyunları
6 sentyabr
Koreş
Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı
Saat 11:00 - 16:00
60 kq
Təsnifat mərhələsi
Elvar Nəhmətzadə - Zərif Vəlitov (Rusiya)
Elvar Nəhmətzadə - Azizbek Abdukadirov (Özbəkistan)
65 kq
Təsnifat mərhələsi
Həsən Ağazadə - Rəbbani Nurqəliyev (Rusiya)
Həsən Ağazadə - Nurjanat Kayıpberdiyev (Qırğızıstan)
Həsən Ağazadə - Firuzjon Ziyoyev (Tacikistan)
85 kq
Təsnifat mərhələsi
Əlisəftər Məmmədli - Bakberdi Miraslanbekov (Qırğızıstan)
Əlisəftər Məmmədli - Beknur Kuandık (Qazaxıstan)
Açıq çəki
Yarımfinal
Camal Feyziyev - Aynur Qəniyev (Rusiya)
Basketbol
Keçirilmə yeri: URAM ekstrim-park
Yarımfinal
16:00. Azərbaycan – Rusiya
17:20. Bürünc medal və final qarşılaşması
Tayboks
Keçirilmə yeri: "Tulpar" USK
Təsnifat mərhələsi
16:00
Qadınlar
51 kq
Yarımfinal
Leyanna Sayer Mari – Diana Pivtsova (Qazaxıstan)
Kişilər
60 kq
1/4 final
Əli Əliyev - Argen Kerimbekov (Qırğızıstan)
67 kq
1/4 final
Rəvan Ağazadə – Əsgər Əhməd (Qazaxıstan)
75 kq
1/4 final
Məmməd Əmrəliyev – Yevgeni Makey (Belarus)
Stend atıcılığı
Keçirilmə yeri: "Sviyaqa" KSS
Təsnifat mərhələsi
Dairəvi stend
11:00 - 15:00.
Cavid Həsənov
Qeyd edək ki, hazırda Azərbaycan 6 qızıl, 4 gümüş, 12 bürünc medalla 9 iştirakçı ölkə arasında 4-cü yerdə gedir.