Daha bir cüdoçumuz 16-18 aprel tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy koronavirus testi müsbət çıxdığı üçün yarışı buraxmalı olacaq. 

Qeyd edək ki, aha əvvəl 73 kq-dakı Rüstəm Orucovun infeksiyaya yoluxduğu üçün yarışa yollanmayacağı bəlli olub.