Amerika boksçusu, üçqat dünya çempionu Frenk Rendall 59 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, Rendall demensiyadan və beyin zədələrindən əziyyət çəkib. Sabiq idmançı qocalar evində ölüb. Veteranın ölümü haqqında keçmiş məşqçisi Aayron Snouell bildirib.

Rendall məşhur Xulio Çavesə qarşı döyüşü ilə məşhurlaşıb. O 1994-cü ildə Çavesi məğlub edən ilk boksçu olub.

Sabiq idmançının karyerası 1983-cü ildən 2005-ci ilə qədər davam edib.