Bu gün Azərbaycanın daha 3 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında mübarizəyə qoşulub.

Offsideplus.az xəbər verir ki, 73 kq çəkidə dərəcəsindəki Rüstəm Orucov Klaudio Nunyes Dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, 1/4 finalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib. Onun təsəlliverici görüşdəki rəqibi Tohar Butbul (İsrail) olacaq.

Bu çəkidə Telman Vəliyev 1/16 finalda Vadim Şokaya (Belarus) uduzaraq mübarizəni erkən dayandırıb.

81 kq çəkidəki Murad Fətiyev ardıcıl olaraq Yaromir Musil (Çexiya), Anri Egutidze (Portuqaliya) və Dominik Druzetanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb. 1/4 mərhələsində Mattias Kasseyə (Belçika) uduzan cüdoçu təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Fətiyev bu mərhələdə gürcüstanlı Luka Maisuradzeyə yenilərək, 7-ci yerlə kifayətlənib.

 

***

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Rüstəm Orucov Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq. 

73 kq
1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)
1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq
1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.

Telman Vəliyev 1/16 finalda Vadim Şokaya (Belarus) uduzaraq mübarizəni erkən dayandırıb.

Rüstəm Orucov isə Klaudio Nunyes Dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, 1/4 finalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib. Onun təsəlliverici görüşdəki rəqibi Tohar Butbul (İsrail) olub. Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. İsveçrə Təmsilçisi Nils Stampla dueldən qalib ayrılan Orucov bürünc medal qazanıb.