Tanınmış iranlı Yunan-Roma güləşçisi, 27 yaşlı Navid Əfkari bu gün səhər saatlarında edam edilib.
Offsideplus.az xəbər verir ki, onun edam edilməsi xəbəri dövlət televiziyası vasitəsilə açıqlanıb.
Məlumata görə, onun edam edilməsinə dair qərarı İranın Ali Məhkəməsi ölkənin apardığı iqtisadi siyasətə qarşı keçirilən aksiyalarda güləşçinin iştirak etməsinə və etirazlar zamanı mühafizəçini öldürdüyünə görə vermişdi.
Əfkari isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində mühafizəçini öldürmədiyini demişdi.
Bir müddət əvvəl UFC prezidenti Deyna Uayt və ABŞ lideri Donald Tramp məsələ ilə bağlı İran hakimiyyətinə çağırış edərək, onları bu qərardan çəkinməyə çağırmışdı.