Məşhur azərbaycanlı MMA idmançısı Nəriman Abbasovun “Fight Nights Global” turnirinin çempionluq kəmərini müdafiə edəcəyi döyüş təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, bu barədə təşkilatçı Kamil Hacıyev məlumat verib. O, virusun sürətlə artdığı bir zamanda risk etmək istəmədiklərini bildirib.

Beləliklə, aprelin 18-də Rusiyanın paytaxtı Moskvada keçirilməli olan “Fight Nights Global 98” turniri təxirə salınıb. Artıq yeni tarix də açıqlanıb. Həmin turnir sentyabrın 25-nə keçirilib.

Xatırladaq ki, bundan əvvəl digər MMA döyüşçümüz Tofiq Musayevin “Rizin 22” turniri təxirə salınmışdı.