Məşhur MMA döyüşçümüz Tofiq Musayevin döyüşü ləğv edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara məlumat verib.

O bildirib ki, aprelin 19-da Yaponiyanın Yokohama şəhərində keçirilməli olan “Rizin 22” döyüş gecəsi ləğv olunub.

Qeyd edək ki, Tofiq Musayev həmin döyüş gecəsində “Killer” ləqəbli braziliyalı Luiz Qustavo Feliks dos Santosla qarşılaşmalı idi.