İrlandiyalı döyüşçü Konor Makqreqor və Həbib Nurməhəmmədov revanş döyüşünə çıxa bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə UFC prezidenti Dena Uayt açıqlama verib.

Prezident bildirib ki, Konor Makqreqor Həbib Nurmaqomedov - Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq. Həbib bu döyüşdə qələbə qazansa, bu ilin payızında irland döyüşçü ilə revanş matçına çıxacaq. Potensial revanş 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.