Koreya respublikasının Çeongju şəhərində sambo üzrə dünya birinciliyi start götürüb.

Offsideplus.az xəbər verir ki, yarışda 5 milli üzvü – Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq) və Nizami Məmmədov (100 kq) çıxış edir.

Mübarizənin ilk günündə adı 4-cü çəkilən təmsilçimiz 3-cü yeri tutub.