Braziliyalı futbolçu "Qalatasaray"ın "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi qış "transfer pəncərəsi"ndə Mateus Martinellini transfer etmək niyyətindədir. 22 yaşlı oyunçu ölkəsində "Fluminense"də çıxış edir.
Gənc ulduzu canlı izləyən "sarı-qırmızılar"ın skautları onun barəsində müsbət rəy veriblər.
Qeyd edək ki, Martinellinin klubu ilə 2026-cı ilə qədər müqaviləsi var və dəyəri 9 milyon avro qiymətləndirilir.