Yarımmüdafiəçi transferi üçün Sofyan Amrabatı gündəmə gətirən "Fənərbağça"  futbolçu ilə təmaslarını artırıb.

Offsideplus.az xəbər verir ki, "Fiorentina" və futbolçunun İstanbul təmsilçisindən tələbi məlum olub.

İtalya təmsilçisi "Fənərbağça"nın 12 milyon avroluq kredit təklifinə cavab verərək, seçim haqqının 15 milyon avroya yüksəldilməsini tələb edib. "Fənərbağça" Amrabata illik 4 milyon avro təklif etsə də, 28 yaşlı futbolçunun tələbi 4,5 milyon avro olub.

"Fənərbağça" rəhbərliyi bu transferi ən gec gələn həftə tamamlamaq istəyir.