"Qalatasaray" rəhbərliyində ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, klubun idarə heyətində yer alan Ali Yüce vəzifəsindən istefa verib. "Cim-Bom" rəhbərliyi bu gün saat 19:00-dakı toplantıda vəziyyəti dəyərləndirəcək.

Qeyd edək ki, "Qalatasaray" ötən gecə Çempionlar Liqasında "Yanq Boys"a məğlub olaraq, bu turnirdə mübarizəni dayandırıb. "Sarı-qırmızılılar" Avropa Liqasında çıxış edəcək.