"Fənərbağça" prezidenti Ali Koç və vitse-prezidenti Acun Ilıcalı, Ferdi Kadıoğlunun transferindən əldə olunan vəsaiti yeni transfer planları üçün istifadə etməyə qərar veriblər.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi iki futbolçunun adını gündəmə gətirib və yeni transferlər üçün nəzərdə tutulan ümumi büdcənin 25 milyon avroya çatacağı gözlənilir. Bu futbolçular "Şeffild Yunayted"in yarımmüdafiəçisi Vini Souza və "Boka Xuniors"un oyunçusu Kristian Medinadır.
"Şeffild Yunayted" Vini Souza üçün 15 milyon avro tələb edir, "Boka Xuniors" isə Kristian Medina ilə bağlı danışıqlarda qiyməti 10 milyon avroya endirib.