"Qalatasaray" "Trabzonspor"un futbolçusu Batista Mendi ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, transfer dönəmində Qabriel Sara, Elias Celert və Mişi Batşuayi kimi adlarla heyətini gücləndirən "Qalatasaray" yarımmüdafiə xəttini möhkəmləndirmək işlərini davam etdirir.

"Aslan" yaxından izlədiyi 24 yaşlı yarımmüdafiəçiyə təklif göndərməyə hazırlaşır.

Xatırladaq ki, ötən yay "Anje"dən "Trabzonspor"a 4,40 milyon avro qarşılığında transfer edilən Batista Mendi, Qaradəniz təmsilçisinin heyətində 38 oyunda çıxış edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.