"Fənərbağça"nın "Lill"ə qarşı keçirdiyi oyun klubun yarımmüdafiəçi transferinə olan ehtiyacını bir daha gündəmə gətirib.

Offsideplus.az xəbər verir ki, Joze Mourinyonun açıqlamalarından sonra rəhbərlik alınma ehtimalı olan oyunçular siyahısına iki dünya ulduzunu əlavə edib. 

"Mançester Yunayted" Skott Maktominanı "Fənərbağça"ya təklif edib. İngilis futbolçu üçün 25 milyon avro tələb olunur, amma, bu məbləğdə endirim gözlənilir.

Sofyan Amrabatın transferi də yenidən müzakirə olunur. Hələlik "Mançester Yunayted"dən təklif almayan Amrabat üçün "Fənərbağça" yenidən favoritlər arasındadır. Siyahıya "Barselona"dan Frenki de Yonq və PSJ-dən Manuel Uqarte də əlavə edilib.