"Fənərbağça" Ferdi Kadıoğlunun yerinə Belçika liqasında forma geyinən futbolçunu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, söhbət "Gent"in oyunçusu Arşe Braundan gedir. Belçika mətbuatında yayılan məlumata görə, "sarı-lacivərtlər" artıq transferlə bağlı danışıqlara başlayıb. 

Qeyd edək ki, 22 yaşlı futbolçu "Gent"in heyətində meydana çıxdığı 47 oyunda 4 məhsuldar ötürməyə imza atıb, 5 sarı və 1 qırmızı vərəqə görüb.