"Fənərbağça"nın və Türkiyə millisinin aparıcı futbolçularından olan Ferdi Kadıoğlu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lill"lə qarşılaşmada aldığı zədə səbəbilə heyətdən kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, Kadıoğluya İngiltərə Premyer Liqa təmsilçiləri - "Mançester Yunayted" və "Brayton"dan transfer təklifləri gəlib. Təbii ki, "qırmızı şeytanlar"ın vermək istədiyi məbləğ daha çoxdur. Lakin "Brayton"un təklif etdiyi bonuslar cəlb edicidir.

"Fənərbağça" rəhbərliyi isə oyunçunu baha satmaq niyyətindədir.