"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlunun agenti Vilyam Davila onun Moskvanın "Spartak" klubuna potensial transferi barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, menecer bu keçidin reallaşmayacağını deyib. 

Daha öncə Aktürkoğlu ona təklif olunan 2,2 milyon avro məbləğində maaşı kifayət qədər yüksək hesab etməyib və bu rəqəmin 3,5 milyon avroya artırılmasını tələb edib.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə cəmi iki matçda meydanda olub və qol şansı əldə etməyib. Onun "Qalatasaray"la müqaviləsi isə 2026-cı ilə qədər davam edir.