"Fənərbağça" Adana Dəmirspor üzərində 1:0 hesablı qələbə qazandıqdan sonra klub Ferdi Kadıoğlunun ayrılacağı ilə bağlı yayılan iddialara cavab verib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma zamanı Kadıoğlunun tribunaları salamlaması ayrılıq jesti kimi qəbul edilib.
Lakin klub rəsmi açıqlama ilə bu iddiaları təkzib edib:
"Futbolçumuz ilə bağlı yayılan şərhlər həqiqəti əks etdirmir. O, sadəcə azarkeşlərimizin sevgisinə onları salamlayaraq cavab verib," - deyə açıqlamada bildirilib.