Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Liverpul"un mərkəz yarımmüdafiəçisi Tiaqo Alkantaranı rənglərinə bağlamağa çalışır.
Məlumata görə, "Qalatasaray" 32 yaşlı ispaniyalı oyunçu ilə danışıqlar aparır. Alkantara da "Liverpul"dan ayrılmaq niyyətindədir.
Onun Super Liqa klubuna keçmək istədiyi bildirilir.