"Qalatasaray" hazırda karyerasını "Olimpiakos"da davam etdirən Xames Rodrigesi heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fanaticos" məlumat yayıb. Xəbərə görə, İstanbul təmsilçisi qarşıdakı günlərdə kolumbiyalı yarımmüdafiəçi ilə danışılara başlanacağı bildirilib.
Xames Rodriges karyerası ərzində "Porto", "Monako", "Real", Bavariya" kimi komandaların formasını geyinib.
Qeyd edək ki, 31 yaşlı futbolçu Yunanıstan klubunda 22 oyuna çıxıb, 5 qol və 6 asisstlə yadda qalıb. Onun "Olimpiakos"la müqaviləsi cari mövsümün sonunda başa çatır.