Millimizin hücumçusu Mahir Emreli Türkiyənin “Konyaspor” komandası ilə ilk məşqinə çıxıb.
Offsideplus.az xəbər verir ki, məşq başlamamışdan əvvəl Emreli və klubun digər yeni transferi Marlos Moreno kollektivə təqdim edilib. “Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç onlarla söhbət edib.
Türkiyə Super Liqasında yaranmış fasilə səbəbindən “Konyaspor” fevralın 22-də “Gənclərbirliyi” ilə yoxlama oyunu keçirməyi planlaşdırır.
Mahir bir neçə gün əvvəl Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib.