Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray" yeni futbolçularla güclənməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "cim-bom" müqavilələrinin başa çatdığı müddətdə Etebo və Gedson Fernandeşlə yolları ayıracaq.
İstanbul təmsilçisinin sıralarına cəlb edəcəyi futbolçuların da adına aydınlıq gəlib. "La Gazetta Dello Sport" nəşrinin yazdığına görə, "sarı-qırmızılar" "İnter"in təcrübəli futbolçusu Aleksandr Kolarovu transfer etməyə yaxındır.
"Qalatasaray"ın 35 yaşlı müdafiəçi üçün danışıqlara başladığı bildirilir.
Bundan əlavə, Super Liqa klubunun Milan təmsilçisinin daha bir oyunçusu Arturo Vidalla da yaxından maraqlandığı yazılır. Çilili futbolçunun "İnter"lə müqaviləsinin müddəti 2022-ci ilə qədərdir, ancaq 33 yaşlı yarımmüdafiəçi klubu ilə sözləşməsini uzatmaq niyyətində deyil.