Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşəhər" - "Sivasspor" (1:1) oyununda meydan sahiblərinin futbolçusu Arda Turan qırmızı vərəqə alıb. Offsideplus.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun yan xətt hakimi ilə sərt şəkildə mübahisə etməsi və onu itələməsi olub.