Türkiyə Superliqasının 24-cü turunda baş tutan "Fənərbağça" - "Qalatasaray" oyunundan sonra gərgin anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak "sarı-lacivərtlər"in azarkeşinin hücumuna məruz qalıb. Belə ki, oyundan sonra jurnalistlərə açıqlama vermək istəyərkən “Rembo Okan” ləqəbli tərəfdar Albayrakı vurmaq istəyib və “Bura nə üzlə gəlmisən” sözlərini deyib.
Mühafizəçilər dərhal müdaxilə edərək azarkeşi oradan uzaqlaşdırıblar.