"Fənərbağça" iki aparıcı futbolçusunun xidmətindən məhrum ola bilər.

Səbəb Ozan TufanLuiz Qustavoyla xarici klubların maraqlanması və onlar üçün İstanbul təmsilçisinə yaxşı şərtlərlə təklif göndərmək istəyidir.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Lion" braziliyalı yarımmüdafiəçidən əl çəkmək istəmir. Yayda "Fənər"ə təklif göndərən, lakin istəyinə çata bilməyən fransızlar Braziliya millisində 41 oyun keçirmiş futbolçu üçün yenidən hərəkətə keçib. Fransalı azarkeşlərin "Marsel"dən tanıdığı 33 yaşlı Qustavo "Lion" transfer siyahısındakı əsas adlardandır. Türklərin sabiq "Bavariya"lı buraxacağı inandırıcı görünməsə də, "Lion"un yüksək məbləğli transfer təklifi problemi həll edə bilər. 

Ozanın xidmətinə ehtiyac duyanlar isə ingilislərdir. Premyer Liqanın iki klubu - "Vest Bromviç"lə "Kristal Palas" Türkiyə millisinin üzvü ilə yaxından maraqlanır. Ozanın sosial şəbəkədə agenti Mirsad Türkcanla fotosunu paylaşması ayrılıq iddialarının güclənməsinə səbəb olub. 

Qeyd edək ki, Qustavo cari Super Liqa mövsümündə 14 matçda 1 qol vurduğu halda, Ozan 14 oyunun iştirakçısı olmaqla 4 qola imzasını yazdırıb.