"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
İlk testinin cavabı neqativ olan klub rəsmisinin ikinci yoxlanışının nəticəsi pozitiv çıxıb.
Abdurrahim Albayrakla birgə həyat yoldaşı Şükran Albayrak da virusa yoluxub. Onlar artıq karantindədirlər.