"Fənərbaxça"nın idman direktoru Damien Komolli ötən həftə Bakıda olub.
Bu barədə Türkiyə mətbuatına açıqlamasında fransalı futbol funksioneri özü məlumat verib. Mayın 29-da Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” arasında keçirilən Avroliqanın final oyununu izləyən Komolli transfer məsələsi üçün paytaxtımıza gəldiyini bildirib. Ancaq o, hansı futbolçu ilə görüşdüyünü deməyib.
Türkiyə mətbuatı isə iddia edir ki, “Fənərbaxça” rəsmisi uzun müddətdir adı İstanbul klubu ilə hallanan və “Arsenal”dan ayrılacağı gözlənilən Məsut Özillə görüşüb və mümkün transferin detallarını müzakirə edib.